Fevralın 22-sinə keçən gecə Ukraynanın Lvov şəhərində partlayış baş verib. Hadisə nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanıb, bir polis həlak olub.
Lvov meri Andrey Sadovin “Telegram” hesabında yaıb ki, şəhərin mərkəzində ən azı iki partlayış baş verib. Şəhər Şurasının üzvü İqor Zinkeviçin sözlərinə görə, hadisə Hospitalna küçəsindəki "Maqnus" Ticarət Mərkəzinin yaxınlığında baş verib. Mer Sadovinin sözlərinə görə, Lvovda baş verənlər terror aktı olub. Hadisə nəticəsində 15 nəfər yaralanıb.
Başqa bir məlumata görə, Lvov şəhərində polisə bir mağaza ilə bağlı yalan məlumat daxil olub ardından polislər hadisə yerinə gedib və bundan sonra terror aktı baş verib. Lvov Vilayət Prokurorluğunun “Telegram”dakı açıqlamasına görə, Danilishina küçəsi, 20 ünvanında yerləşən mağazaya icazəsiz giriş barədə "102" təcili yardım xəttinə zəng edilib. İlk patrul qrupunun gəlişi ilə partlayış baş verib, ardınca ikinci qrupun gəlişi ilə ikinci partlayış baş verib.
TAHİR