ABŞ və İran arasında nüvə danışıqlarının ikinci iclasından sonra Tehranın zənginləşdirilmiş uranla bağlı qərarı müzakirələrə səbəb olub.
Vaşinqton administrasiyasının uranın üçüncü ölkəyə ötürülməsini tələb etdiyi iddialarından sonra bir İran rəsmisi zənginləşdirilmiş uranın ixrac edilməyəcəyini bəyan edib.
İran Tələbələri Xəbər Agentliyinin (ISNA) məlumatına görə, adı açıqlanmayan bir İran rəsmisi xüsusilə 60% zənginləşdirilmiş uranın ixracı ilə bağlı təkliflərə toxunaraq, ABŞ-la ilə danışıqlarda uranın İrandan çıxarılmayacağını bildirdiklərini deyib.
Lakin, ABŞ-la razılaşma əldə edilərsə, uranın tükənməsinin mümkün olacağını vurğulayan rəsmi, Rusiyanın İranın artıq zənginləşdirilmiş uranın tədarükünü qəbul etməyə hazır olduğuna dair açıqlamalara da münasibət bildirib. O, rusların uranın daşınması ilə bağlı İranın mövqeyindən xəbərdar olduqlarını deyib.
Qeyd edək ki, Kreml sözçüsü Peskov Qətərin “Əl-Cəzirə” televiziyasına açıqlamasında İranın zənginləşdirilmiş uranını saxlamağa hazır olduqlarını deyib. Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un baş direktoru Aleksey Lixaçev də “Rosatom”un texniki cəhətdən İranın zənginləşdirilmiş uranın daşınmasına hazır olduğunu bildirib.
TAHİR