Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanı elektrik enerjisi ixracını dayandırmaqla hədələyib.
Fitso bildirib ki, əgər Ukrayna 23 fevrala qədər Rusiya neftinin Slovakiyaya tranzitini bərpa etməsə, müvafiq şirkətlərə həmin gün Ukraynaya təcili elektrik enerjisi tədarükünü dayandırmağı tapşıracaq.
Slovakiya Baş naziri ölkəsində neft böhranına diqqət çəkərək Zelenskini Slovakiyaya qarşı "pis niyyətlə" hərəkət etməkdə günahlandırıb.
Fiko Ukraynanın qaz və sonra neft tranzitini dayandırmasının Slovakiyaya ciddi iqtisadi ziyan vurduğunu bildirərək, iki ölkə arasındakı münasibətlərin "birtərəfli bilet" ola bilməyəcəyini vurğulayıb.
“Əgər Zelenski Slovakiyanı neftlə şantaj etməyin Ukraynanı Avropa İttifaqına yaxınlaşdıracağını düşünürsə, çox yanılır”, – deyə Fitso qeyd edib.
Ukrayna mediasının yazdığına görə, 2026-cı ilin fevral ayında Slovakiyadan Ukraynaya elektrik enerjisi idxalı təxminən 18% təşkil edib.
TAHİR