Vaşinqton və Tehran arasında danışıqların dalan dirəndiyini düşünən Təl-Əviv administrasiyası ABŞ-la İrana qarşı mümkün birgə hərbi əməliyyata hazırlaşır. Lakin, belə bir birgə əməliyyatın həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərar hələ verilməyib.
“Reuters” agentliyi yazır ki, adı çəkilməyən iki İsrail rəsmisi ABŞ və İran arasındakı fikir ayrılıqlarının aradan qaldırılmaz olduğunu və qısa müddətdə hərbi gərginliyin baş vermə ehtimalının yüksək olduğunu vurğulayıb.
Bəzi regional rəsmilərin Tehranın ABŞ-dan güzəşt gözləməsinin təhlükəli bir səhv hesablama olduğunu düşündüyü qeyd edilən xəbərdə, ABŞ prezidenti Trampın isə bölgəyə yığdığı hərbi qüvvələrlə bağlı etibarını itirmək qorxusu ilə küncə sıxışdığı bildirilir.
Neft hasil edən Körfəz ölkələrinin də nəzarətdən çıxıb Yaxın Şərqdə sabitliyi poza biləcək potensial hərbi münaqişəyə hazırlaşdığı qeyd edilir.
Tahir TAĞIYEV