ABŞ prezidenti Donald Tramp İran rejimi haqda danışıb: "Bu, çox kədərli bir vəziyyətdir. Qısa bir müddət ərzində 32.000 insan öldürüldü. Bəzilərini kranla asacaqdılar. Hündür bir kranla qaldırıb meydanda gəzdirəcəkdilər. 837 nəfəri asacaqdılar. Mən onlara xəbərdarlıq etdim: bir nəfəri, hətta bir nəfəri assanız, dərhal vurulacaqsınız. Mən iki həftə gözləyib danışıqlar aparmadım. Onlar asmaqdan imtina etdilər. Amma bəli, mən İran xalqı üçün çox üzülürəm. Onlar belə bir vəziyyətdə yaşayıblar".
İradə SARIYEVA