ABŞ Prezidenti Donald Trampın Fransa Prezidenti Makronla şəxsi yazışmalarını lağa qoyması iki lider arasındakı münasibətləri yenidən gərginləşdirib.
İlk əvvəl Tramp Makrona tariflərlə bağlı necə etiraz etdiyini açıqlayıb:
"Mən dedim ki, “Emmanuel, qiyməti ikiqat və ya üçqat artırmalısan”.
O dedi ki, “Heç vaxt, mən bunu etməyəcəyəm, Donald. Niyə etməliyəm? İşimi itirə bilərəm”. Mən də dedim ki, “Xeyr, sən bunu 100 faiz edəcəksən”.
O isə “Xeyr, xeyr, mən bunu etməyəcəyəm” dedi.
Mən də dedim ki, “Bəli, sən bunu edəcəksən”.
Sonra dedim ki, “Əgər bunu etməsən, ABŞ-a satdığın bəzi məhsullara 100 faiz tarif tətbiq edəcəyəm”.
Bilirsiniz o, nə dedi? “Mən bunu edəcəyəm. Mən bunu məmnuniyyətlə edəcəyəm”.
Hindistana səfəri zamanı bir proqramın qonağı olan Makrondan Trampın şəxsi mesajları paylaşmasını sərt tənqid edib. Makron Trampa sərt şəkildə "Belə liderlik olmaz" deyərək ona od püskürüb.
"Mən həqiqətən inanıram ki, hörmət liderliyin bir hissəsidir. Razılaşa və ya razılaşmaya bilərsiniz, eyni fikirdə olmaya bilərsiniz, amma bunu hörmətlə etməlisiniz" – deyən Makron bildirib ki, liderlər arasında ünsiyyət də demokratiyalardakı siyasi müzakirələr kimi hörmət çərçivəsində aparılmalıdır.
"Zorakı və hörmətsizlim etməyə ehtiyac yoxdur. Hörmət sivilizasiya prosesinin üzərində qurulub... İnsanların liderlərin geriyə getdiyini görməsi təəccüblüdür", - deyə o bildirib.
Makron proqram zamanı qlobal iqtisadiyyata və dolların dominantlığına da toxunub. Bildirib ki, bu gün dollar açıq şəkildə dünyada dominantlıq edir. “Mən çoxqütblü bir nizama inanıram və avronun beynəlxalq rolunu gücləndirmək üçün əlimdən gələni edəcəyəm", - deyən Makron əlavə edib ki, bunun üçün daha çox investisiya, rəqabət və ticarət razılaşmaları tələb olunur.
Tahir TAĞIYEV