ABŞ Prezidenti Donald Tramp sosial media hesabında çox müzakirələrə səbəb olacaq daha bir açıqlama verib.
Hər açıqlaması ilə bütün dünyada xəbər başlıqlarına çıxan Tramp bu dəfə Yerdənkənar həyat, naməlum hava hadisələri və uçan naməlum obyektlərlə (UNO) bağlı rəsmi sənədlərin və məlumatların ictimaiyyətə açıqlanması prosesini başladacağını açıqlayıb.
Tramp bu qərarı məsələyə olan böyük ictimai marağa görə verdiyini bildirib: "Müdafiə Nazirliyinə və digər müvafiq nazirliklərə və agentliklərə son dərəcə mürəkkəb, lakin maraqlı və vacib mövzular olan yadplanetlilər və Yerdənkənar həyat, UAP-lar və UNO-larla bağlı rəsmi sənədlərin və digər məlumatların müəyyən edilməsi və ictimaiyyətə açıqlanması prosesinə başlamağı tapşıracağam".
TAHİR