Dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Fransanın LCI telekanalına müsahibəsində bildirib ki, İranın zənginləşdirilmiş uranının böyük hissəsi hələ də eyni yerdə saxlanılır.
O, bu vəziyyəti ABŞ-İran nüvə danışıqlarında “əsas məqam” adlandırıb və razılığa gəlməyin bölgədə yeni hərbi əməliyyatların qarşısını almaq baxımından vacib olduğunu vurğulayıb.
Qrossi deyib ki, Tehran və Vaşinqton arasında Cenevrədə keçirilən dolayı danışıqlarda ilk dəfə real dialoq imkanları yaranıb. O, habelə, İranın ötən ilin iyun ayına qədər topladığı materialların böyük hissəsinin bombardman və hücumlara baxmayaraq qorunub saxlanıldığını qeyd edib.
“Materialların harada saxlanıldığını dəqiq bilirik və iyun hücumlarından sonra zərərin dəyərləndirilməsini aparmışıq. Uran hələ də yerindədir”, – deyə, Qrossi əlavə edib.
İradə SARIYEVA