Polşanın Baş naziri Donald Tusk İrandakı polyakları ölkəni dərhal tərk etməyə çağırıb.
Tuskun sözlərinə görə, Yaxın Şərqdə münaqişə ehtimalı olduqca realdır. “CBS” telekanalı bir müddət öncə ABŞ-nin fevralın 21-də İrana zərbə endirə biləcəyi barədə məlumat yayıb.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ İraqda keçirdiyi əməliyyatdan sonra ən böyük hava gücünü Yaxın Şərqdə cəmləyib.
Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi baş tutub. Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vens Tehranın danışıqlar zamanı Ağ Ev tərəfindən irəli sürülən bir neçə prinsipial mövqeni qəbul etmədiyini bildirib.
İRADƏ