İsrailin təhlükəsizlik xidmətləri ABŞ-nin İrana mümkün hücumu ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib.
“Ynet” portalının iddiasına görə, İsrail rəsmiləri hesab edir ki, Tehran fevralın 17-də Cenevrədə keçirilən danışıqlar zamanı Vaşinqtonun səsləndirdiyi tələblərə dərhal əməl etməsə, ABŞ İrana genişmiqyaslı zərbələr endirə bilər.
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-nin İrana hücum edəcəyi təqdirdə Tehranın yəhudi dövlətinə zərbələrinin qaçılmaz olduğuna inanır. Məhz buna görə İsrailin təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
ZÜMRÜD