Fransa Prezidenti Emmanuel Makron “Brut India” platformasına müsahibəsində bildirib ki, bəzən özünə həddindən artıq güvənməsi onu yanlış addımlara, xüsusilə də çıxışlar zamanı səhvlərə sürükləyib.
Fransa Prezidenti konkret nümunələr çəkməsə də, “hər dəfə özümə çox güvənəndə səhvlər etmişəm, böyük səhvlər” deyə vurğulayıb.
Makron əlavə edib ki, bəzən hər şeyi deməyin mümkün olduğunu düşünmək yanlış anlaşılmalara səbəb olur. “İnsan deyilən sözlərin başqaları tərəfindən necə qəbul ediləcəyinə daha az həssas yanaşanda həddindən artıq özünə güvənmiş olur”, – deyə o bildirib.
ZÜMRÜD