Ukraynanın keçmiş prezidenti və Avropa Həmrəyliyi Partiyasının lideri Petro Poroşenko hazırkı dövlət başçısı Volodimir Zelenskini Rusiya ilə danışıqlar zamanı səhv buraxmaqda günahlandırıb.
"Politico"ya verdiyi müsahibədə o, Zelenskinin "avropalıların iştirakı olmadan danışıqlara cəlb olunmasına icazə verməklə səhv etdiyini və atəşkəsdə israr etməli olduğunu" bildirib. "Keçən ilin fevral ayında Oval Ofisdəki fəlakətə baxmayaraq, o, mövqeyində durmalı və sadəcə atəşkəs tələb etməli idi. O, Putini və Trampı başa düşmür", - deyə Ukraynanın keçmiş prezidenti iddia edib. Poroşenko hesab edir ki, Fransa prezidenti Emmanuel Makronun təklif etdiyi kimi, Aİ ölkələri danışıqlar prosesində birbaşa iştirak etməlidir, lakin bunun üçün Almaniya kansleri Fridrix Mertsdən təsdiq tələb olunur.
SAMİRƏ