ABŞ Prezidenti Donald Tramp, İranla razılaşma əldə edilmədiyi təqdirdə hərbi variantların mümkünlüyünə işarə edib.
İranla gərginliyi qiymətləndirən Tramp, Tehran administrasiyasının güzəştsiz mövqeyini davam etdirəcəyi təqdirdə atılacaq addımlara toxunub. Hadisələrin gedişatından asılı olaraq hərbi hazırlıqların görülə biləcəyini deyən Tramp, əgər İran razılaşma əldə etməmək qərarı versə, ABŞ Dieqo Qarsiya bazasından istifadə edə bilər.
Bölgədəki hərbi mövcudluğun gücləndirilə biləcəyini vurğulayan Tramp, Tehran danışıqlar masasına gəlməsə, strateji bazaların əməliyyat üçün hazır vəziyyətə gətirilə biləcəyinə deyib.
Prezident Trampın açıqlamalarından qısa müddət əvvəl Ağ Ev Tehran administrasiyasına sərt xəbərdarlıqlar edib. Mümkün hərbi müdaxilənin zəmininə diqqət çəkilən açıqlamada deyilir: "İrana hücum üçün çoxsaylı arqumentlər var, Tehranın razılaşma əldə etməsi ağıllı olardı".
Ağ Ev rəsmiləri diplomatik həllin hələ də masada olduğunu, lakin İranın mövqeyinin həlledici olacağını vurğulayıblar.
Trampın nəzərdə tutduğu Dieqo Qarsiya bazası ABŞ-ın Hind okeanında ən vacib hərbi obyektlərindən biri kimi tanınır və uzunmənzilli əməliyyatlarda strateji mərkəz kimi istifadə olunur.
TAHİR