Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdiklərini açıqlayıb.
Lukaşenkoya qarşı sanksiyalar paketinin tətbiqinə başladıqlarını bildirən Zelenski sosial mediakı paylaşımında, sanksiyaların beynəlxalq səviyyədə tətbiqinə çalışacaqlarını deyib: "Bunun qlobal təsirini təmin etmək üçün tərəfdaşlarımızla birlikdə çalışacağıq".
Zelenski Lukaşenkonu Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləməkdə günahlandırıb və iddia edib ki, o, 3 mindən çox Belarus müəssisəsini Rusiyanın hərbisinin xidmətinə verib və onları vacib hesab edilən avadanlıq, ləvazimat və komponentlərlə təchiz edir.
Zelenski Lukaşenkonun Rusiyanın Belarusda "Oreşnik" orta mənzilli hipersəs ballistik raket sistemlərini yerləşdirməsinə icazə verdiyini və həmçinin Rusiyanın Ukraynaya hücumlarında istifadə etdiyi pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün 2025-ci ildə Belarusda mərkəz qurduğunu iddia edib.
TAHİR