Cenevrədə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında Ukrayna böhranı ilə bağlı iki günlük danışıqlar başa çatıb.
Rusiya nümayəndə heyətinin rəhbəri Medinski danışıqlardan sonra jurnalistlərə bildirib ki, müzakirələr "çətin, lakin konstruktiv" keçib və növbəti raundun tezliklə baş tutacağını əlavə edib.
TASS-ın məlumatına görə, danışıqlarda ərazi, təhlükəsizlik, enerji, atəşkəs və humanitar məsələlər müzakirə edilib. Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıqla bağlı ayrıca müzakirələr də aparılıb və Rusiya tərəfini Prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil edib.
Britaniya nümayəndə heyətinin də eyni vaxtda Cenevrədə olmasına gəlincə, bildirilir ki, onların məqsədi avropalı tərəfdaşlarını danışıqlar barədə məlumatlandırmaq olub.
Qeyd edək ki, 17 fevralda Cenevrədə başlayan danışıqların ilk günü təxminən altı saat davam edib. Müzakirələr həm Moskva və Kiyev arasında ikitərəfli, həm də Vaşinqtonun iştirakı ilə üçtərəfli formatda aparılıb.
TAHİR