Bu barədə “El Mundo” qəzeti mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropanın bəzi ölkələrinin, o cümlədən İtaliya, Almaniya, Fransa və Böyük Britaniyanın nümayəndə heyətləri Cenevrəyə gəlsələr də, üçtərəfli danışıqlarda iştirak etməyiblər. Lakin ABŞ və Ukrayna danışıqların gedişatı barədə onları məlumatlandıracaq. Həmçinin Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş keçiriləcək.
Qeyd edilir ki, fevralın 17-də Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında Ukrayna-Rusiya müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar başlayıb. Danışıqlar bu gün də davam edir.
İradə SARIYEVA