Prezident Zelenski ABŞ-ın "Patriot" hava hücumundan müdafiə sistemi üçün raketlərin Ukraynada istehsalına icazə vermədiyini açıqlayıb.
Zelenski bildirib ki, onlar əvvəllər Amerika tərəfi ilə Avropada istehsal müəssisələrinin yaradılması və lazımi lisenziyaların alınması barədə müzakirələr aparıblar, lakin buna razılıq ala bilməyiblər.
Zelenski qeyd edib ki, Kiyev raketlərin Ukraynada və ya Rumıniya, Polşa və digər NATO ölkələri ilə birgə istehsalını təklif edib, lakin buna baxmayaraq, ABŞ razılıq verməyib.
TAHİR