Rusiyanın Başqırdıstan Respublikasının mədəniyyət naziri Amina Şafikova saxlanılıb.
Rusiya mediası hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verir ki, nazir fevralın 18-də Ufada saxlanılıb. Telegram kanalları isə şübhəlinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilindiyini iddia edir.
Həbsin səbəbləri ilə bağlı rəsmi heç bir açıqlama verilməyib. Respublika Mədəniyyət Nazirliyinin mətbuat xidməti də vəziyyətlə bağlı şərh verməkdən imtina edib.
Şafikova 2012-ci ildən Başqırdıstanın mədəniyyət naziri vəzifəsində çalışır. O, bundan əvvəl, 2010-cu ildən 2012-ci ilə qədər isə Ufa Dövlət Rəssamlıq Akademiyasına rəhbərlik edib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Krasnodar diyarının mülki müdafiə və fövqəladə hallar naziri Sergey Ştrikov da saxlanılıb.
TAHİR