"İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Cenevrədə dolayı danışıqlar ortaq məqsədlərin və davam edən texniki məsələlərin müəyyənləşdirilməsində yaxşı irəliləyişlə başa çatıb".
Bu sözləri Omanın xarici işlər naziri Bədr əl-Busaidi sosial media hesabında yazıb.
Görüşlərin atmosferinin “konstruktiv” olduğunu qeyd edən Omanın XİN başçısı əlavə edib ki, "birlikdə yekun razılaşma üçün bir sıra rəhbər prinsipləri müəyyən etmək yönündə ciddi səylər göstərilib".
Onun sözlərinə görə, tərəflər növbəti görüşə qədər gələcək fəaliyyət üçün aydın planlarla ayrılıblar.
Xatırladaq ki, Oman ABŞ və İran arasındakı danışıqlarda vasitəçilik edir.
SAMİRƏ