Yaxın Şərqdə hərbi və diplomatik hərəkətlilik artır. ABŞ-ın bölgədə hərbi hava qüvvələrini gücləndirilməsi və İrandan gələn nüvə mesajları bütün dünyanın diqqətini bu bölgəyə yönəldib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, Pentaqon son 24 saat ərzində Yaxın Şərqə 50-dən çox döyüş təyyarəsi göndərib. Vaşinqton administrasiyasının bölgədəki hərbi mövcudluğunu gücləndirən bu addımı regional gərginliyin artdığı bir vaxta təsadüf edir.
ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi davam edərkən, İran prezidenti Məsud Pezeşkiandan ölkəsinin ABŞ-la danışıqları və nüvə proqramı ilə bağlı mühüm açıqlamalar gəlib.
Nüvə fəaliyyətlərinin mahiyyəti ilə bağlı aydın mesajlar verən Pezeşkian bildirib ki, İran nüvə silahı axtarmır, amma dinc nüvə sənayesindən də imtina etməyəcək. "Dinc nüvə sənayesi bizim haqqımızdır" deyən Pezeşkian, nüvə silahı istehsal etmək niyyətində olmadıqlarını bir daha təkrarlayıb.
ABŞ prezidenti Donald Tramp isə bildirib ki, əgər razılaşma olmazsa, nəticələri çox ağır olacaq: “Düşünürəm ki, İran pis danışıq aparandır, çünki keçən dəfə B-2 göndərib onların nüvə potensialını məhv etmək əvəzinə razılığa gələ bilərdik".
TAHİR