Danışıqlara baxmayaraq, Ukrayna ilə Rusiya arasındakı döyüşlər davam edir. Məlumata görə, Ukrayna Rusiya ərazisinə iki ayrı pilotsuz təyyarə hücumu həyata keçirildiyini açıqlayıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) açıqlamasına görə, hücumlardan biri Rusiyanın cənubundakı Krasnodar bölgəsində həyata keçirilib və Taman neft terminalı hədəf alınıb. SBU rəsmisi bildirib ki, bu hücum SBU tərəfindən 22 yanvardan bəri eyni obyektə edilən ikinci hücumdur.
Digər hədəf Ural dağları yaxınlığındakı Perm bölgəsindəki kimya zavodu olub. Hücumlardan sonra itki və ya ziyanla bağlı heç bir rəsmi açıqlama verilməyib.
TAHİR