Nepalın hakimiyyət orqanları qeyri-peşəkar alpinistlərə Everest (Çomolunqma) dağının zirvəsinə dırmanma lisenziyalarının verilməsini qadağan etmək niyyətindədir. Medianın yaydığı məlumata görə, bu qərar dağ marşrutlarında həddindən artıq yüklənmə ilə izah olunur. Belə ki, alpinistlərin çoxluğu təhlükəsizlik risklərini artırır, eləcə də tullantıların yığılması səbəbindən ətraf mühitə zərər verir.
Nepal parlamentinin yuxarı palatası tərəfindən yekdilliklə qəbul edilən müvafiq qanun layihəsi səsvermə üçün Nümayəndələr Palatasına göndəriləcək. Qanun layihəsində, alpinistlər üçün məcburi sığorta, yaş və təcrübə məhdudiyyətləri tətbiq olunacaq.
İradə SARIYEVA