Ermənistanın Baş naziri Paşinyanla Anna Akopyan arasındakı vətəndaş nikahı başa çatıb. Paşinyanla vətəndaş nikahında yaşadığı Akopyan münasibətlərində yeni mərhələyə qədəm qoyublar.
"Əziz həmvətənlər, sizə bildirmək istəyirəm ki, mənim baş nazir Nikol Paşinyanla "vətəndaş nikahında olmağım barədə məsələ" bitdi. Hər kəsdən bu məsələ ilə bağlı diqqətli və düzgün davranış nümayiş etdirməyi xahiş edirəm. Təşəkkür edirəm", - deyə Anna Akopyan öz "Facebook" səhifəsindəki paylaşımında bildirib.
Ermənistan mediasının məlumatına görə, indiyədək vətəndaş nikahında yaşayan cütlük rəsmi nikaha daxil olub.
TAHİR