NATO-nun baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransında qəribə zarafatlarına görə antimükafata layiq görülüb.
Politico-nun xəbərinə görə, Rutte ötən il də ABŞ prezidenti Donald Trampa "ata" deyə müraciət etdiyi üçün gündəm olmuşdu. Olayla bağlı qəzetə açıqlamasında isə o bunun səhv olduğunu və qəsdən edilmədiyini demişdi: “Sonradan başa düşdüm ki, "ata" sözünün bir çox fərqli mənası var"…
Münhen Konfransında Ruttenin daha bir qəribə açıqlaması onun Ukraynada xilasedicilərə dağıntıları təmizləməyə kömək edən bir itlə qarşılaşmasını xatırlaması olub. Rutte itin onun gözlərinə baxdığını və heç vaxt təslim olmayacağını bildirdiyini deyib. Nəşrin məlumatına görə, bu hekayə ukraynalıların dözümlülüyünü qabartmaq üçün nəzərdə tutulsa da, Ruttenin "zoofil telepatiyası" “son dərəcə qəribə” olaraq dəyərləndirilib.
Qeyd edək ki, ötən il dekabrın 27-də Politico 2025-ci ilin anti-mükafatının qaliblərinin adlarını açıqlayıb. Siyahıda 20 gün həbsxanada qalıb bu təcrübə haqqında 216 səhifəlik kitab yazan keçmiş Fransa lideri Nikola Sarkozi, ABŞ Prezidenti Tramp və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də olub.
SAMİRƏ