ABŞ-İran danışıqlarının növbəti raundu fevralın 17-də Cenevrədə keçiriləcək.
Bu barədə İran XİN-in “Telegram” kanalında dərc olunmuş açıqlamada deyilir: “İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı danışıqlar çərşənbə axşamı günü Omanın vasitəçiliyi ilə keçiriləcək”.
Amerika nümayəndə heyətinin tərkibində ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin olacağı gözlənilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi rəhbərlik edəcək. Mənbələrə görə, Omanın xarici işlər naziri Bedr bin Hamed əl-Busaidi danışıqlarda vasitəçi kimi iştirak edəcək.
ABŞ və İran nümayəndələri arasında danışıqların ilk mərhələsi Omanın paytaxtı Maskatda baş tutub. IRNA-nın məlumatına görə, görüşdə regional təhlükəsizlik, raket proqramları və digər mövzular müzakirə olunmayıb.
ZÜMRÜD