Əgər Amerika tərəfi sanksiyaların qaldırılması məsələsini müzakirə etməyə razı olsa, İran nüvə sazişinə nail olmaq üçün ABŞ-la güzəştləri müzakirə etməyə hazırdır. Bu barədə İran xarici işlər nazirinin müavini “BBC”yə verdiyi müsahibəsində bildirib.
Məcid Təxt-Rəvançi deyib ki, indi həqiqətən razılaşma istədiklərini sübut etmək üçün top Amerikadadır. “Əgər onlar səmimidirlərsə, əminəm ki, razılaşma yolunda olacağıq”, – İranın nazir müavini bildirib.
Onlar sanksiyalar barədə danışmağa hazır olacaqlarsa, biz bu məsələni və nüvə proqramı ilə bağlı digər məsələləri müzakirə etməyə hazırıq”, – Təxt-Rəvançi deyib.
O, bunun bütün sanksiyaların yoxsa yalnız bir hissəsinin ləğvi demək olub-olmadığını təsdiqləməyib.
ABŞ-ın rəsmi şəxsləri dəfələrlə bildiriblər ki, uzanan danışıqlar prosesində irəliləyişi ABŞ deyil məhz İran əngəlləyir. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, prezident Donald Tramp razılaşmaya üstünlük verir, lakin İranla razılığa gəlmək “çox çətindir”.
TAHİR