Çərşənbə günü Ağ Evdə keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İranın Çinə neft ixracını azaltmaq üçün çalışacağı barədə razılığa gəliblər.
“Biz İranın Çinə neft satışı ilə bağlı İrana maksimum təzyiq göstərmək barədə razılığa gəldik”, – deyə “Axios” ABŞ-ın yüksək vəzifəli şəxsinə istinadən yazır.
Nəşrin məlumatına görə, Çin İran neftinin 80%-dən çoxunu alır və bu ticarətin azalması İran üçün neft gəlirlərinin əhəmiyyətli dərəcədə azalması demək olacaq.
Məlumat üçün bildirək ki, ABŞ və İran diplomatları ötən həftə ABŞ prezidentinin bölgəyə dəniz donanmasını yerləşdirməsindən sonra Oman vasitəçiləri vasitəsilə danışıqlar aparıblar.
ZÜMRÜD