Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərli dart qurbağa toksinindən əldə edilən zəhərlə öldürüldüyü iddia edilir.
Böyük Britaniya Xarici İşlər Nazirliyi, Navalnının Sibirdəki bir cəza koloniyasında ölümündən iki il sonra aparılan analizlərin aparıldığını və onun bədənindən götürülmüş nümunələrdə "epibatidin" toksininin aşkarlandığını bildirib.
Nazirlik iddia edib ki, bu maddənin Navalnının bədənində aşkarlanmasının "heç bir izahatı yoxdur".
Bəyanat Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı zamanı verilib.
Britaniya xarici işlər naziri İvet Kuper bildirib ki, Navalnıya qarşı ona həbsi zamanı bu ölümcül toksindən istifadə etmək imkanına və fürsətinə yalnız Rusiya hökuməti sahib olub.
London və müttəfiqləri analiz nəticələrinə əsasən Navalnının ölümünə görə Kremlin məsuliyyət daşıdığını bildiriblər. Birgə bəyanata İsveç, Fransa və Hollandiya hökumətləri də qoşulub.
Qeyd edək ki, Navalnı Rusiya prezidenti Putinin ən güclü siyasi rəqiblərindən biri hesab olunurdu və o, əvvəllər də zəhərlənmə iddiaları ilə üzləşmişdi.
TAHİR