Avropa ölkələri Rusiya ilə əlaqəli olduğu iddia edilən "kölgə donanması" tankerlərinə qarşı daha sərt tədbirləri müzakirə edirlər.
“Bloomberg” mənbələrinin məlumatına görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə Britaniya müdafiə naziri Con Hili Baltikyanı və Şimali Avropa ölkələrindən olan həmkarları ilə bu tankerlərin ələ keçirilməsi də daxil olmaqla bir çox variantı gündəmə gətirib.
Görüş Avropanın Rusiyanın enerji gəlirlərini azaltmaq üçün birgə əməliyyatlar da daxil olmaqla daha aktiv tədbirlər görmək istəyi ortaya qoyur, eyni zamanda bəzi ölkələrin potensial eskalasiyadan qorxaraq ehtiyatla hərəkət etdiyi qeyd edilir.
TAHİR