ABŞ Prezidenti Donald Tramp İranın nüvə layihəsi ilə bağlı jurnalistin sualını cavablandırarkən sərt açıqlamalar verib. Müxbirin "Siz İranın nüvə obyektlərinin tamamilə məhv edildiyini demisiniz. Bundan sonra nə qalır?" sualına cavab olaraq Tramp bildirib ki, həmin obyektlərdə qalan hər nə varsa, onu da əldə etmək mümkündür. ABŞ prezidenti qeyd edib ki, belə bir addım atılacağı təqdirdə bu, Vaşinqton üçün "ən kiçik missiya" hesab olunacaq. Onun sözlərinə görə, ehtimal olunur ki, qalan bütün imkanlar da tam şəkildə ələ keçirilə bilər. Məlumat MOUZE Teleqram kanalında yayılıb.
İradə SARIYEVA