"Bizim ABŞ ilə oxşar məsələləri həll etmək təcrübəmiz var. XIX əsrdə, səhv etmirəmsə, 1867-ci ildə Rusiya Alyaskanı ABŞ-a satdı və ABŞ onu bizdən aldı. ABŞ-ın Alyaskanı əldə etməsinin dəyəri ilə müqayisə etsək, Qrenlandiyanın qiyməti təxminən 200-250 milyon dollar olar. Əgər bunu o dövrdəki qızılın qiyməti ilə müqayisə etsək, rəqəm daha yüksək, yəqin ki, bir milyarda yaxın olar, amma düşünürəm ki, ABŞ-ın buna da imkanı var”.
Bu fikri Prezident Putin Qrenlandiyanın ABŞ-a verilməsi məsələsinə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, Danimarka həmişə Qrenlandiya ilə bir müstəmləkə kimi və olduqca sərt, bəlkə də qəddarcasına davranıb.
Belə görünür, artıq Qrenlandiyanın taleyi həll olunub və onun ABŞ-ın 51-ci ştatı olacağı gün uzaqda deyil. Belə ki, ötən gecə Prezident Donald Tramp adanın gələcəyi ilə bağlı Danimarka hökuməti ilə deyil, NATO-nun baş katibi ilə razılığa gəldiyini iddia edib və daimi müqavilə imzalayacağına söz verib. Buna nail olmaq üçün ABŞ prezidenti hətta 1 fevraldan etibarən Qrenlandiyanın ilhaqına qarşı çıxan Avropa ölkələrinə tarif tətbiq etmək qərarını da ləğv edib.
"Bizim razılaşma üçün konsepsiyamız var. Düşünürəm ki, bu həm ABŞ, həm də digər ölkələr üçün faydalı olacaq. Biz artıq tarifləri ləğv etmişik, çünki konsepsiya artıq formalaşdırılıb"- Tramp bildirib.
SAMİRƏ