Rusiya, ABŞ və Ukrayna arasında böhranın həllinə yönəlmiş danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.
Peskov üçtərəfli danışıqların üçüncü raundunun gələn həftə keçiriləcəyini açıqlayıb: "Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu 17-18 fevral tarixlərində Cenevrədə yenidən üçtərəfli formatda keçiriləcək".
Peskov qeyd edib ki, Rusiya nümayəndə heyətinə Rusiya Prezidenti Putinin müşaviri Medinski rəhbərlik edəcək.
TAHİR