Zelenski Kiyevin döyüşləri tez bir zamanda dayandırmaq istədiyini, lakin "alçaldıcı" şərtlərlə razılaşmanı qəbul etməyəcəyini bildirib.
Zelenski sülh hər hansı bir şərtlə imzalamağa tələsmədiklərini, lakin lazım gələrsə, Ukrayna üçün özündə əlverişsiz şərti ehtiva edən razılaşmadan tamamilə imtina edə biləcəklərini vurğulayıb.
O, ərazi itkiləri ilə bağlı mümkün sülh müqaviləsinin referenduma çıxarıla və prezident seçkiləri ilə əlaqələndirilə biləcəyini deyib və qeyd edib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı fundamental məsələlər hələ də həll edilməyib.
Kiyev ətrafında fürsət pəncərəsinin daralması ilə bağlı narahatlıqların artdığını yazan "The Atlantic" qəzeti bildirir ki ki, ABŞ prezidenti Donald Trampın ara seçkilərdən əvvəl danışıqlar prosesindən çəkiləcəyi barədə söhbətlər gedir.
Qeyd edilir ki, Zelenski, davam edən danışıqlarda ən böyük güzəşt olaraq kimi dəyərləndirilən Donbas üzərində nəzarət iddiasından imtina etməyə məcbur ola bilər. Jurnala danışan iki ukraynalı mənbə bildirib ki, Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra Kiyev nümayəndə heyəti Zelenskiyə ABŞ vasitəçilərinin səbrinin tükəndiyini bildiriblər.
Moskva isə, uzunmüddətli sülh üçün münaqişənin "kök səbəblərinin" həllini tələb edir. Moskva Ukrayna qoşunlarının Donbas, Zaporojye və Xersondan çıxarılmasını və bu bölgələrin Krımla birlikdə Rusiyanın bir hissəsi kimi tanınmasını tələb edir.
TAHİR