ABŞ dövlət katibi Marko Rubio Macarıstan və Slovakiya hakimiyyəti ilə Rusiya enerji idxalını dayandırmağı müzakirə etməyi planlaşdırır. Armenpress-in məlumatına görə, o, bu açıqlamanı təhlükəsizlik konfransına getməzdən əvvəl jurnalistlərə verib.
"Bu barədə onlarla danışacağıq. Nə edilməli olduğunu müzakirə edəcəyik", - deyə dövlət katibi Rubio, jurnalistlərin sualına cavab olaraq bildirib.
"Bu görüşlərdə nələri müzakirə edəcəyimizin təfərrüatlarına girməyəcəyəm. Amma ilk növbədə, bunlar bizimlə çox güclü əlaqələri olan, ABŞ-la fəal əməkdaşlıq edən ölkələrdir", - deyə Rubio əlavə edib.
TAHİR