Türkiyədə növbəti prezident seçkiləri ərəfəsində Prezident Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın hakim partiyanın sədri olması ilə bağlı əsasən konsensus formalaşıb. Bu barədə xarici KİV-lər Türkiyə mediasına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, idarəetmə modelində mümkün dəyişiklik nəzərə alınaraq, “prezidentin səlahiyyətlərinin bir hissəsindən imtina etməsi” kimi formulə ediləcək addımın atılması planlaşdırılır.
BirGün qəzetinin yazarı Yaşar Aydının məlumatına görə, Hakan Fidan və Səlcuq Bayraktar kimi şəxslər əvvəllər potensial varis kimi müzakirələrdə xatırlansa da, Bilal Ərdoğanın adı son zamanlar daha çox önə çıxır.
İddiaya görə, Prezident Ərdoğanla MHP lideri Dövlət Baxçalı arasında keçirilən görüşlərdə, partiya rəhbərliyinə Bilal Ərdoğanın gətirilməsi ilə bağlı böyük ölçüdə razılıq əldə edilib.
Qeyd olunur ki, “Ədalət və İnkişaf Partiyası” Bilal Ərdoğanın prezidentlik müddəti ilə bağlı məsələni növbədənkənar seçkilər ehtimalı əsasında tənzimləyə bilər.
Sızdırılan məlumata görə, bu dəyişikliyin 2026-cı ilin noyabr ayında baş tutması hədəflənir. Partiyadakı mənbələrin iddiasına görə, Türkiyə Prezidenti Ərdoğan 2026-cı ilin noyabr ayına qədər partiya sədri vəzifəsini tərk edə bilər.
TAHİR