Çərşənbə günü İran sərhədi yaxınlığında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8A Poseidon sualtı qayıq əleyhinə kəşfiyyat təyyarəsi və Northrop Grumman MQ-4C Triton pilotsuz uçuş aparatı (PUA) müşahidə edilib.
KİV-in məlumatına görə, təyyarə Bəhreyndən qalxıb və Hörmüz boğazı üzərindən dövrə vurub. PUA isə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərindən yola düşüb və Oman körfəzi üzərindən uçub.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İrana doğru "nəhəng bir armada"nın irəlilədiyini bildirərək, Tehranın nüvə silahlarının tamamilə ləğvini əhatə edən "ədalətli və bərabər" bir razılaşma əldə etməyə razı olacağına ümid etdiyini bildirib.
TAHİR