Zelenski “Financial Times” qəzetində 24 fevralda yeni prezident seçkilərinin və sülh müqaviləsi üzrə referendumun tarixini elan edəcəyi ilə bağlı iddiaları təkzib edib.
O, 24-də seçkilərin elan edilməsi niyyəti barədə ilk dəfə eşitdiyini deyib: Bunu ilk dəfə “Financial Times”dan eşitmişəm, indi isə ikinci dəfə sizdən eşidirəm. İkincisi, seçkilər haqqında dəfələrlə danışmışam: bütün təhlükəsizlik zəmanətləri təmin edildikdə seçkilər keçirəcəyik”.
Zelenski 24 fevralın simvolik əhəmiyyətini vurğulayaraq qeyd edib ki, həmin tarixdə belə bir elan yersiz olardı. ABŞ-ın seçkilər məsələsini qaldırdığını təsdiqləyən Zelenski deyib: “Onlar təhlükəsizlik zəmanətlərindən imtina etməklə hədələmirlər. Onlar seçkiləri təhlükəsizlik zəmanətləri ilə də əlaqələndirmirlər”.
TAHİR