İsrailin Baş naziri Netanyahu ilə Ağ Evdə qapalı görüş keçirən ABŞ Prezidenti Tramp American Truth Social hesabında görüşlə bağlı açıqlama verib.
Tramp görüşün çox yaxşı keçdiyini bildirsə də, "qəti bir nəticə əldə olunmadığını" yazıb.
ABŞ Prezidenti qeyd edib ki, Netanyahuya İranla razılaşmaya üstünlük verdiyini bildirib və deyib ki, razılaşma əldə olunmazsa, gözləyəcəyik və nəticənin necə olacağını görəcəyik: "Keçən dəfə İran razılaşma əldə etməməyin daha yaxşı olacağını düşündü və bu, onlar üçün yaxşı nəticə vermədi. Ümid edirəm ki, bu dəfə daha ağlabatan və məsuliyyətli davranacaqlar".
Tramp Qəzza və Yaxın Şərqdəki vəziyyəti də Netanyahu ilə müzakirə etdiklərini bildirib və əlavə edib: "İndi Yaxın Şərqdə əsl sülh var".
Bu arada görüşün bəzi detalları diqqət çəkib. CNN-in xəbərinə görə, Tramp Netanyahunu qarşılamayıb. Üstəlik, Netanyahu Ağ Evə kameraların olmadığı personal girişindən daxil olub. Üç saatlıq zirvə görüşünün ardından isə Tramp və Netanyahu ənənəvi olaraq kameralar qarşısına çıxmayıblar. Netanyahunun şəkli çəkilmədən Ağ Evdən ayrılması diqqətdın kənarda qalmayıb və onun görüşdən narazı ayrılması qənaəti yaradıb.
SAMİRƏ