Türkiyə parlamentində (TBMM) deputatlar arasında gərginlik yaranıb. Belə ki, yeni ədliyyə naziri təyin edilən Akın Gürlek və daxili işlər naziri təyin edilən Mustafa Çiftçinin andiçmə mərasimindən əvvəl TBMM-də gərginlik yaranıb.
Xatırladaq ki, İstanbul Baş prokuroru Akın Gürlek Yılmaz Tunçun yerinə ədliyyə naziri təyin edilib. Mustafa Çiftçi isə Əli Yerlikayanın yerinə daxili işlər naziri təyin edilib.
TBMM-də andiçmə mərasimindən əvvəl CHP (Cümhuriyyət Xalq Partiyası) millət vəkilləri mərasimi pozmaq üçün kürsünü ələ kerçiriblər. Buna cavab olaraq AK Partiya (Ədalət və İnkişaf Partiyası) millət vəkilləri Gürlek və Çiftçini qorumaq üçün müdaxilə ediblər. Bu vaxt millət vəkilləri arasında dava düşüb.
10 dəqiqəlik fasilədən sonra Gürlek və Çiftçi AK Partiya millət vəkillərinin əhatəsində and içiblər. Gərginlikdən sonra iclas yenidən 15 dəqiqəlik təxirə salınıb.
TAHİR