Zelenski Rusiyanın Ukraynaya qarşı hava hücumlarını davam etdirdiyini vurğulayıb vvə bildirib ki, Rusiya sülhə deyil, müharibəni davam etdirmək üçün səfərbər olub.
Zelenski Rusiyanın ölkəsinə 129 pilotsuz təyyarə hücumu təşkil etdiyini və nəticədə Xarkov bölgəsində dörd nəfərin öldüyünü xatırladıb. O, həmçinin Rusiya ordusunun Sumı bölgəsindəki hücumlarında bir nəfərin öldüyünü və altı nəfərin yaralandığını qeyd edib.
Zelenski Rusiyanın Zaporojyedəki bir xəstəxanaya da hücum etdiyini bildirib: "Rusiya ordusu dayanmağa deyil, döyüşləri davam etdirməyə hazırlaşır".
O, əlavə olaraq bildirib ki, Rusiyanın hücumları müharibəyə son qoymaq üçün davam edən danışıqlar prosesini pozur və Ukraynanın Rusiyanı dayandırmaq üçün güclü təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.
TAHİR