BMT Baş Assambleyasının hazırkı sədri, Almaniyanın Xarici işlər naziri Annalena Berbok Avroparlamentdə maraqlı təkliflə çıxış edib.
Berbok deyib ki, BMT-ni düşdüyü indiki durumdan xilas etmək lazımdır. Onun sözlərinə görə, BMT-nin üstünə yeriyən bəzi ölkələr var ki, əslində qurumun yaşaması üçün birbaşa məsuliyyət daşıyırlar. Lakin xanım Berbok bu ölkələrin hansılar olduğunu dəqiqləşdirməyib.
BMT sədri çıxışında onu da deyib ki, BMT Baş katibi postuna yeni seçki prosesi başlayır və bu dönəmdə namizədin qadın olması arzuedilən olardı. Bu kürsüyə ən yaxşı namizəd kimi isə o, Avrokomissiyanın sədri Ursula fon der Lyayenin adını çəkərək qeyd edib ki, onun gəlişi ilə Avropa Birliyi fəaliyyətində irəliləyiş əldə edib.
SAMİRƏ