Münhen Təhlükəsizlik Konfransının təşkilatçıları İrandakı kütləvi iğtişaşları əsas gətirərək Tehranın tədbirdə iştirakını rədd ediblər. Konfransın sədri Volfqanq İşinqer bildirib ki, İrandan olan nümayəndələrin Münhen Təhlükəsizlik Konfransına qatılmasına icazə verilməyəcək.
Təşkilatçıların İranın xarici işlər naziri Abbas Əraqçini dəvət etməyi planlaşdırdıqları, lakin Berlin və digər iştirakçılarla məsləhətləşmələrdən sonra planlarından imtina etdikləri bildirilir. İşinqerin sözlərinə görə, Münhen çərçivəsində İran tərəfi ilə konstruktiv danışıqlar mümkün deyil.
SAMİRƏ