İran Prezidenti Pezeşkian Nazirlər Kabinetinin iclasında medianı və rəsmi şəxsləri qonşu ölkələrə qarşı təhqiramiz ifadələrdən istifadə etməməyə çağırıb.
Pezeşkian qonşu ölkələrlə müsbət münasibətlərin vacibliyini vurğulayıb və bildirib ki, media onlara qarşı təhqiramiz ifadələrdən çəkinməlidir.
Region ölkələrinin, xüsusən də İranla həmsərhəd olan ölkələrin tez-tez Tehranla əlaqə saxladığını qeyd edən Pezeşkian, bu ölkələrin bölgədə müharibənin qarşısını almağa və problemləri dialoq yolu ilə həll etməyə çalışdıqlarını vurğulayıb.
Pezeşkian həmçinin İran rəsmilərini qonşu ölkələrlə münasibətlərə zərər verə biləcək açıqlamalardan çəkinməyə və açıqlamalarında diqqətli olmağa çağırıb.
Bundan əvvəl İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Tehran administrasiyasının xarici siyasətdə qonşularla münasibətlərə dair bir çox səhvlərə yol verdiyini bildirmişdi.
TAHİR