Ukraynanın İvano-Frankovsk bölgəsindəki Burştin İstilik Elektrik Stansiyası (İES) Rusiyanın hücumları nəticəsində ciddi şəkildə zədələnib və fəaliyyətini tamamilə dayandırılıb.
Buştin meri Vasili Andriyeşin “Facebook”da stansiyadakı vəziyyətin "çox ciddi" olduğunu bildirib. Andreşin şəhərdə su və istilik olmadığını bildirib və 48 saat ərzində isitmənin bərpa edilməli olduğunu vurğulayıb.
Buştin İES Ukraynanın ən güclü istilik elektrik stansiyalarından biri kimi tanınır. 2334 MVt gücə sahib olan stansiya Ukraynanın qərb bölgələrini enerji ilə təmin edir, eyni zamanda Avropaya elektrik enerjisi ixrac edir. Stansiya Ukraynanı Macarıstan, Rumıniya və Slovakiya ilə birləşdirən enerji xətlərinin kəsişməsində yerləşir. Əsas yanacaq mənbəyi Ukrayna kömürü olsa da, təbii qaz və neft də istifadə olunur. 12 enerji blokundan ibarət olan stansiya 1965-1969-cu illər arasında istismara verilib.
Ukraynanın energetika naziri Denis Şmıqal 7 fevral səhəri Burştin və Dobrotvir atom elektrik stansiyalarına ziyan dəydiyini açıqlayıb. Şmıqal nüvə elektrik stansiyalarının gücünün azaldıldığını və Ukraynanın hər yerində elektrik kəsintilərinin başladığını bildirib.
Kiyev meri Vitali Kliçko Darnitska İstilik Elektrik Stansiyasına da ziyan dəydiyini açıqlayıb. Kliçko şəhərdə istilik mərkəzlərinin yaradıldığını və istilik problemi yaşayan vətəndaşların ora müraciət edə biləcəyini bildirib.
TAHİR