Britaniya polisi keçmiş səfir Peter Mandelsonun Epşteynlə əlaqələri barədə yeni məlumatlar yayıldıqdan sonra onun evlərində axtarış keçirib.
“Sky News” xəbər verir ki, polis Mandelsonun Uiltşir və cənubi Londonda yerləşən iki evində axtarış keçirib.
“Axtarış xidməti nöqsanlarla bağlı başlanan istintaqla əlaqədardır və bu işdə 72 yaşlı kişi iştirak edir. O, hələ həbs olunmayıb və istintaq davam edir”, – deyə polisin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, keçmiş səfir Peter Mandelson, Epşteynlə əlaqələri ilə bağlı yeni məlumatlar ortaya çıxdıqdan sonra Baş nazir Kir Starmerin Leyboristlər Partiyasından ayrılıb. Mandelsonun özü Britaniya mediasında Epşteyndən pul köçürmələri qəbul etdiyinə dair yayılmış məlumatı şübhə altına alır.
Piter Mandelsan 10 fevral 2025-ci ildən ABŞ-da Britaniyanın səfiri vəzifəsində çalışıb. O, müxtəlif dövrlərdə Şimali İrlandiya üzrə dövlət katibi, Böyük Britaniyanın Biznes və İnnovasiya üzrə birinci dövlət katibi və Avropa Komissiyasının Xarici Ticarət məsələləri üzrə komissarı vəzifələrində çalışıb.
TAHİR