Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Daxili İşlər Nazirliyi QRU (Hərbi Kəşfiyyat) rəisinin birinci müavini general Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdinin iştirakçılarının tutulduğunu açıqlayıb.
Aleksiyev 6 fevral cümə günü səhər Moskvadakı evinin qarşısında güllələnib və ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hücum edən şəxsin Rusiya vətəndaşı Lyubomir Korba olduğu müəyyən edilib. Korba yerli hakimiyyət orqanlarının əməkdaşlığı ilə Dubayda tutularaq Rusiyaya ekstradisiya edilib.
FSB-nin açıqlamasına görə, iştirakçılardan biri olan Viktor Vasin Moskvada saxlanılıb. Digər şübhəli Zinaida Serebritskayanın Ukraynaya qaçdığı güman edilir.
Rusiya İstintaq Komitəsi "qəsddən öldüməyə cəhd" və "qanunsuz silah ticarəti" ittihamları ilə istintaqı davam etdirir.
Naməlum şəxs evinin yaxınlığında yüksək rütbəli hərbi məmura bir neçə dəfə atəş açıb. Vladimir Alekseyev Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavinidir.
TAHİR