İran diplomatiyasının rəhbəri Abbas Əraqçi "Əl-Cəzirə"yə verdiyi açıqlamada İranın raket proqramı məsələsinə münasibət bildirib. Nazir deyib ki, Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etmək niyyətindədir. "Bu, müdafiə məsələsi olduğundan, biz indi və ya gələcəkdə raketlər barədə danışıqlar apara bilmərik"- o deyib. Əraqçinin sözlərinə görə, nüvə proqramına gəldikdə, zənginləşdirilmiş uran İrandan çıxarılmayacaq. "Uranın zənginləşdirilməsi səviyyəsi ehtiyaclarımızdan asılıdır. Zənginləşdirilmiş uran İrandan ixrac edilməyəcək", nazir bildirib. Əraqçinin sözlərinə görə, görüşün dolayı xarakterinə baxmayaraq, İran və ABŞ nümayəndə heyətləri Omandakı danışıqlar zamanı əl sıxa biliblər. O qeyd edib ki, İranın nüvə proqramına yalnız danışıqlar yolu ilə həll yolu tapmaq mümkündür. Xatırladaq ki, fevralın 6-da Omanın Məsqət şəhərində ABŞ və İran nümayəndə heyətləri arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün danışıqlar aparılıb. Görüş, 2025-ci ilin iyun ayında İran-İsrail münaqişəsinin açıq mərhələsi səbəbindən yaranan bir aylıq fasilədən sonra ilk dəfə baş tutub. Həmin vaxta qədər İslam Respublikası və ABŞ beş raund məsləhətləşmələr keçirmişdi.
SAMİRƏ