İran hava məkanını potensial hava hücumlarından qorumaq üçün Hərbi Hava Qüvvələrindəki köhnəlmiş F-14 Tomcat təyyarələrini Rusiya Su-35S qırıcı təyyarələri ilə əvəz etməyi planlaşdırır.
Hərbi ekspertlərin fikrincə, bunlar İranın son 40 ildə ala biləcəyi ən müasir təyyarələrdir. Su-35S təyyarələri İran səmasında Qərb təyyarələri üçün ciddi problemlər yarada bilər, çünki təyyarələr təxminən 2400 km/saat yüksək sürətə malikdir və 400 km məsafədə hədəfləri aşkarlaya bilir.
SAMİRƏ