2025-ci ildə Fransada 68564 müəssisə müflis olub ki, bu da 2024-cü illə müqayisədə 3,5 faiz çoxdur.
Mətbuatda yayılan məlumata görə. statistikanı Fransa Bankı yayıb. Bildirilir ki, müflisolma əsasən orta ölçülü müəssisəslərdə (250-5000 arası işçisi olan) qeydə alınıb.
Ən çox bağlanma xidmət, nəqliyyat və otelçilik sektorlarındadır. Enerji daşıyıcılarının bahalığı iş adamlarının fəaliyyətini çətinləşdirir.
Qeyd edək ki, 2024-cü ildə də Fransada rekord sayda şirkət müflis olub.
İradə SARIYEVA