2025-ci ilin noyabr ayında Tramp administrasiyası təşkilatda islahatları gözlənildiyi üçün ABŞ-ın BMT-yə ödənişləri dayandırdığını bəyan etmişdi. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, ABŞ bir neçə aylıq fasilədən sonra yaxın gələcəkdə BMT büdcəsinə ödəniş edəcək.
ABŞ-ın daimi nümayəndəsi “Reuters” agentliyinə son müsahibəsində bildirib: “Mən ilk vəsait tranşının çox tezliklə köçürüləcəyini gözləyirəm. Düşünmürəm ki, son məbləğ müəyyən edilib, amma bu, bir neçə həftə ərzində ediləcək”.
Mətbuat yazır ki, fevralın əvvəlinə olan məlumata görə, ABŞ-ın BMT-nin büdcəsinə töhfələr borcu təxminən 2,19 milyard dollar təşkil edib ki, bu da bütün BMT ölkələrinin ümumi borclarının 95 faizini təşkil edir.
İradə SARIYEVA